Türkiyədə zəlzələ oldu

Sadə xəbər
HADİSƏ 01.08.2024 4072

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

"Saat24.az" xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4.4 maqnitudalı zəlzələ olub.

Yeraltı təkanların ocağı 10.83 km dərinlikdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top