Xərçəng olduğu düşünülən adamın ciyərində görün nə tapıldı

Sadə xəbər
DÜNYA 25.07.2024 2719

Çində 2 ildir öskürəyi keçməyən adamın şikayətinin xərçəngdən olduğu düşünülərkən, öskürəyinin əsl səbəbinin ciyərlərində ilişib qalmış acı bibər parçası olduğu ortaya çıxıb.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin şərqindəki Zhejiang əyalətində 54 yaşlı Xu davamlı öskürdüyü üçün dərman istifadə edib, bitki mənşəli müalicə yollarına müraciət edib.

Tətbiq etdiyi üsullara baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyib. Şikayəti davam etdiyi üçün xəstəxanaya getməyə qərar verib. Müayinələr nəticəsində həkimlər Xunun sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib və onlar bunun bədxassəli şiş olduğu ehtimalı üzərində dayanıb.

Lakin gözlənilməz hadisə baş verib. Aparılan testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündüyü kütlənin əslində acı bibər parçası olduğu üzə çıxıb.

2 il əvvəl yemək yeyərkən boğazına bir az bibər parçasının qaldığı və bu səbəblə də kişinin öskürəkdən əziyyət çəkdiyi məlum olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top