"Kiyev Moskva ilə danışıqlara hazırdır" - Nazir

Sadə xəbər
DÜNYA 24.07.2024 2939

Kiyev Moskva ilə danışıqlara hazırdır.

"Saat24.az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı ilə söhbətində deyib. 

"Ukrayna tərəfi Rusiya tərəfi ilə dialoq və danışıqlar aparmağa hazırdır, əlbəttə ki, danışıqlar rasional olmalı, ədalətli və davamlı sülhə nail olmaq üçün praktiki əhəmiyyət kəsb etməlidir", - diplomat qeyd edib.

Öz növbəsində Vanq Yi cavab olaraq qeyd edib ki, son vaxtlar həm Moskva, həm də Kiyev müxtəlif dərəcələrdə danışıqlara hazır olduqlarını bildiriblər: "Şərait və imkanlar hələ yetişməsə də, biz sülhü təşviq edən bütün səyləri dəstəkləyirik və atəşkəs və danışıqların bərpası üçün konstruktiv rol oynamağa davam etməyə hazırıq".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top