Hərbi bazada terror aktı törədildi - 15 əsgər həlak oldu

Sadə xəbər
DÜNYA 24.07.2024 2912

Nigerin qərbində hərbi bazada baş verən terror aktında 15 əsgər həyatını itirib.

"Saat24.az" xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi açıqlama yayıb. Bildirilir ki, Tillaberi bölgəsində yerləşən hərbi baza naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Hadisə nəticəsində 15 əsgər həyatını itirib, 16 əsgər isə yaralanıb. Tillaberi, "3 ölkə sərhədi" olaraq tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir. Sözügedən sərhəd xətti Əl-Qaidə və İŞİD-la bağlı terror qruplarının tez-tez hücumlarına məruz qalır. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top