Sadə xəbər
Amerika lideri Co Bayden prezidentlik yarışından çıxmaq şərtini açıqlayıb.
"Saat24.az" xəbər verir ki, ABŞ lideri həkimlərin onun səhhətində problem olduğunu aşkar edərlərsə, prezidentlik yarışından imtina edəcəyini deyib.
"Mənim hansısa xəstəliyim olsaydı, kimsə - həkimlər gəlib desə ki, sizin filan probleminiz var...", - deyə o, müvafiq sualı cavablandırıb.
Bundan əvvəl o, sağlamlıq vəziyyətinin əlavə müayinələrə ehtiyac duymadığını, lakin həkimlər tələb edərsə, buna hazır olduğunu bildirib.