Sadə xəbər
Nepalda torpaq sürüşməsi nəticəsində iki avtobus çaya düşüb.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 62 nəfər itkin düşüb.
Çitvan bölgəsinin rəsmisi İndradev Yadav paytaxt Katmandudan Qaura gedən 41 nəfəri daşıyan avtobusun torpaq sürüşməsi nəticəsində çaya düşdüyünü, 3 nəfərin avtobusdan tullanaraq xilas olduğunu bildirib.
Nepalın Baş naziri baş verən qəza ilə əlaqəli özünün "X" sosial media hesabında verdiyi açıqlamada itkin düşən sərnişinlərin tapılması ilə əlaqədar aidiyyatı qurumlara təlimat verdiyini qeyd edib.