"Paşinyanın hakimiyyətə gəlişi bizim səhvimiz idi" - Tarasov

DÜNYA 10.07.2024 4033

"Putinlə Paşinyan münasibətlərində nəsə baş verib, başa düşürsən ki, Rusiya tərəfi Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii ki, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübut bazam yoxdur. Amma bir şey aydındır: iki ölkənin rəhbərliyi arasında yadlaşma var". 

"Saat24.az" xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib. 

Onun sözlərinə görə bu, ermənilərin planlaşdırdığı siyasətin tərkib hissəsi olub: "Amma mən hesab edirəm ki, bir çox hallarda günahkar erməni tərəfidir ki, bu da özü bir çox neqativ proseslərə səbəb olub. Onlar eyni Qarabağ məsələsində və başqa məsələlərdə Moskvaya qulaq asmadılar, öz siyasətlərini apardılar, sonra hər şeyi bizim səhvlərimizə bağladılar. Əlbəttə, səhvlərimiz olub, amma Paşinyanın dediyi dərəcədə və ya səviyyədə deyil".

Politoloq həmçinin qeyd edib ki, Paşinyan Qarabağ məsələsində məğlub oldu: "Mən Rusiya tərəfinin səhvlərindən danışanda Rusiya tərəfini təbliğ etmək, onları təmizləmək istəmirəm. Paşinyanın hakimiyyətə gəlişi bizim səhvimiz idi, biz Paşinyanın gələcəyini bilirdik, Moskva bilirdi, amma o prosesin qarşısını almaq üçün heç nə etmədi. Biz bundan sonra nə olacağını bilirdik... bir sözlə faciə". 

O, Rusiyanı Qarabağda müharibəni dayandırmamaqda ittiham edib: "Əməliyyatların gücə, döyüşə getməsinə icazə verdik, müharibəni dayandırmadıq. Biz Minsk qrupunun üzvləri olaraq bütün üzvləri səfərbər etməli və müharibəni dayandırmalıydıq, Azərbaycana xəbərdarlıq etdik. Minsk Qrupunun bütün üzvləri çox gec, müharibə başlayanda addımlar atmağa çalışdılar. Bu səhv idi. Yüz faiz deyə bilərəm ki, bu barədə təfərrüatlı danışmaq istəmirəm, amma Ermənistan rəhbərliyi Qarabağı bilərəkdən təslim edib".

XƏBƏR LENTİ
15.07.2024 2539

DİGƏR XƏBƏRLƏR

Loading
Top