Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

Manşet
Mədəniyyət 06.07.2024 3069

Bir müddət əvvəl daxil olan məlumat əsasında Mədəniyyət Nazirliyi tərəfindən Mərkəzi İncəsənət Məktəbində yoxlama aparılıb.

"Saat24.az" Apa-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində məktəbdə rəhbərlik tərəfindən tədrisin təşkili ilə bağlı ciddi nöqsanların olması, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinin pozulması halları aşkar edilib.

Məlum olub ki, hər tədris ilinin əvvəlində məktəbin direktoru Əziz Yaşar oğlu Qarayusifli tərəfindən müəssisədə çalışan müəllim heyətinə dərs yükü pul qarşılığında verilib, yaxud həmin verilən dərs yükünün müəyyən bir hissəsinə aid olan maliyyə vəsaiti mənimsənilib.

Əziz Qarayusifli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib.

Təhsil ocağındakı qanun pozuntuları ilə bağlı materiallar hüquq mühafizə orqanlarına göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top