Bakıda maşın qaçırıldı

Sadə xəbər
Kriminal 05.07.2024 3007

Ramana qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə "Saat24.az"a DİN-in mətbuat xidmətindən verilən xəbərdə deyilir.

Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top