Rusiyanın daha bir respublikasında niqab qadağan edildi

Sadə xəbər
DÜNYA 05.07.2024 3411

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi respublikada niqab taxmağa müvəqqəti qadağa tətbiq edən fərman qəbul edib,.

"Saat24.az" xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev bu barədə "İnterfaks"a məlumat verib.

“Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər Rusiyada müasir şəraitdə niqab taxmağı qadağan hesab edir”, - Berdiyev bildirib.

O izah edib ki, fərman Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin Müftilər Şurasının hicab və niqabla bağlı qərarına uyğun olaraq qəbul edilib.

Xatırladaq ki, bir gün əvvəl Şimali Qafqaz Müftiliyi Rusiyada niqabın tamamilə qadağan edilməsi ilə bağlı çıxış edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top