Fransada 200-dən çox şəxs namizədliyini geri götürdü

Sadə xəbər
DÜNYA 04.07.2024 4032

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda iştirak hüququ qazanan azı 214 namizəd namizədliyini geri götürüb.

"Saat24.az" xəbər verir ki, onlar ölkənin hazırkı prezidenti Emmanuel Makronun “Respublika Naminə Birlikdə” mərkəzçi blokundan və “Yeni Xalq Cəbhəsi” sol koalisiyasından olan namizədlərdir.

Qeyd edilib ki, mərkəzçilərin və solçuların məqsədi ikinci turda Marin Le Penin ifrat sağçı Milli Birlik partiyasının ölkənin yeni parlamentində mütləq çoxluğu əldə etməsinə mane olmağa çalışmaq üçün bir-birinin səsini əlindən almaq deyil. Mütləq çoxluq parlamentdəki 577 yerdən ən azı 289-nu tutacaq.

Seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top