Sadə xəbər
Dağıstanın müftisi Əhməd Abdullayev bildirib ki, yaxın günlərdə o, respublikada niqabın qadağası ilə bağlı fətva verəcək.
"Saat24.az" xəbər verir ki, bu barədə o, Sergey Melikovla ictimai fəallar arasında keçirilən görüşdə məlumat verib.
O, həmçinin arvadının görünməməsini istəyən ərlərə "onları evdə saxlayın" deyə tövsiyə verib.
Qeyd edək ki, niqab yalnız gözlərin göründüyü qadın üst geyimidir. Bu yaxınlarda Tacikistanda da bu geyim qadağan edilib.