Sadə xəbər
Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır.
"Saat24.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür”.
Nazir bildirib ki, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir.