Hindistanın Ankaradakı səfiri vəfat edib

DÜNYA 22.06.2024 2971

Hindistanın Ankaradakı səfiri Virander Paul vəfat edib.

"Saat24.az" xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bu barədə "X"dakı mikrobloqunda məlumat verib.

"Hindistan Xarici Xidməti üçün böyük itki. Onunla bir çox vəzifələrdə yaxından işləmişəm. Mən həmişə onun fədakarlığına və xidmətinə heyran olmuşam və onun çoxsaylı nailiyyətlərini yüksək qiymətləndirirəm" – Hindistanın xarici işlər naziri yazıb.

Bəzi mətbuatda yayılan xəbərlərə görə, xərçəng xəstəliyindən müalicə olunan Paul ölkəsində dünyasını dəyişib.

XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top