Ukrayna İsrail vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıracaq

Sadə xəbər
DÜNYA 22.06.2024 3374

Ukrayna faktiki olaraq birtərəfli qaydada vizasız rejimi ləğv edən İsrail vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıracaq.

"Saat24.az" xəbər verir ki, bu abrədə Ukraynanın Yerusəlimdəki səfirliyindən bildirilib. 

Diplomatik nümayəndəlik xatırladıb ki, Ukrayna və İsrail 2010-cu ildə öz vətəndaşları üçün vizasız giriş haqqında razılığa gəliblər. Bununla belə, Qüdsün təşəbbüsü ilə iyulun 1-dən etibarən İsraillə vizasız rejim tətbiq edən ölkələrin vətəndaşları yəhudi dövlətində 90 günə qədər qalmaq üçün müraciət etməli olacaqlar.

“İsrailin ukraynalı qaçqınlara girişi məhdudlaşdırmaq və bir çox ukraynalıya girişi qadağan etmək kimi son hərəkətləri ikitərəfli münasibətləri gərginləşdirib. Sonuncu tələb əslində vizasız rejimi ləğv edir”, - məlumatda deyilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top