Rusiyada helikopter qəzaya uğradı - Ölənlər var

Sadə xəbər
DÜNYA 21.06.2024 2018

Rusiyanın Amur bölgəsində "Robinson R-66" helikopteri qəzaya uğrayıb.

"Saat24.az" Rusiya mətbuatına istinadən  xəbər verir ki, səhər saatlarında pilotun nəzarəti altında və göyərtəsində üç sərnişin olan "Robinson R-66"  helikopteri havaya qalxıb. Lakin helikopter təyin olunmuş nöqtəyə çatmayıb.

Axtarış-xilasetmə işləri zamanı qəzaya uğrayan helikopterin yeri müəyyən edilib. Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top