Bricit Makronun kişi olduğunu iddia edənlər məhkəmə qarşısında

Sadə xəbər
DÜNYA 20.06.2024 2924

Fransanın birinci xanımı Bricit Makronun əslində kişi olaraq doğulduğunu iddia edən iki qadına qarşı məhkəmə prosesi başlayıb.

"Saat24.az" xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.

Bildirilir ki, 2022-ci ildə "YouTube" platformasında Bricit Makronun bir vaxtlar Jan-Mişel Taxt adlı bir adam olduğunu iddia edən video yerləşdirilib. Sözügedən video  Amandine Röy və jurnalist Nataşa Rey tərəfindən yayımlanıb. 

Video 2022-ci il Fransada prezident seçkilərinə bir neçə həftə qalmış internetdə geniş yayılıb. 

Materialda Rey adlı jurnalist “dövlət yalanları” və “aldadıcılıq” haqqında danışır. Bricit Makronun kişi olduğu iddiaların doğruluğuna gəlincə, Röy israr edir ki, jurnalist (Nataşa Re - red.) bu barədə üç il araşdırma aparıb və dəqiqdir. 

Fransızlar mətbuatın belə bir mövzunu araşdırmamasından təəssüfləndiyini, “belə ciddi” mövzunu gizlədə bilməyəcəyini söyləyiblər. Bundan sonra hər iki şəxs polis tərəfindən saxlanılıb. Hadisədən iki il keçməsinə baxmayaraq, fransız qadınların məhkəmə prosesi hələ də davam edir. 

Məhkəmə prosesi Makronun növbədənkənar parlament seçkiləri elan etməsi fonunda keçirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top