Bütün dünya Azərbaycanın tərəqqiyə davam edəcəyini düşünür - Kelli Uillis

Manşet
DÜNYA 18.06.2024 2391

Biz iqlim dəyişikliyi konfransı üçün səmərəli gündəm hazırlayan Azərbaycanın COP29-a sədrliyini dəstəkləməyə çalışırıq.

"Saat24.az" xəbər verir ki, bunu trend-ə açıqlamasında “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis deyib.

O qeyd edib ki, bütün dünya Azərbaycanın tərəqqiyə davam edəcəyini və hətta onu daha da sürətləndirəcəyini düşünür.

“İlkin əlamətlər bizi ruhlandırır. COP29-un gündəliyinə maliyyə öhdəlikləri, insan kapitalı kimi kritik məsələlər daxildir. Beləliklə, düşünürəm ki, biz hamımız Azərbaycanın çox yaxşı yolda olduğuna inanırıq və özümüzü noyabrda COP29-a ev sahibliyi edəcəyi üçün çox optimist hiss edirik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top