Hacıqabulda altı fermadan oğurluq edən dəstə SAXLANILDI

HADİSƏ 18.06.2024 2740

Hacıqabulda fermalardan oğurluq edən şəxslər saxlanılıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəkənlərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top