Sabirabadda yük və minik avtomobilləri toqquşdu - Yaralılar var

Sadə xəbər
HADİSƏ 17.06.2024 4096

Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" markalı minik avtomobili ilə "İsuzu" markalı yük maşınının toqquşması nəticəsində xəsarət alanlar olub.

"Saat24.az" xəbər verir ki, yol qəzası səhər saatlarında Sabirabad şəhəri Muğan prospektində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan Ayan Dəmirli və Kamran Ağayev Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top