İsrail ordusu Qəzzada taktiki pauzanın aradan qaldırıldığını açıqladı

Manşet
DÜNYA 17.06.2024 3370

İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək.

"Saat24.az" xəbər verir ki, bu barədə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.

O qeyd edib ki, vəzifəmiz irəliləməyə davam etməkdir.

"Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik", - israilli general vurğulayıb.

Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top