Məşhur astronavt təyyarə qəzasında ölüb - FOTO

Sadə xəbər
DÜNYA 08.06.2024 2740

“Apollon 8” kosmik missiyasının üzvlərindən biri Uilyam Anders təyyarə qəzasında həlak olub.

"Saat24.az" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.

Məlumata görə, 90 yaşlı Anders cümə günü ABŞ-ın şimal-qərb sahillərində San Juan arxipelaqında qəzaya uğrayan təyyarənin idarəetməsində olub.

Qeyd edək ki, “Apollon 8” kosmik gəmisi 1968-ci ildə ABŞ-da buraxılıb. Kosmik gəmidə astronavtlar Frank Borman, Ceyms Lovel və Uilyam Anders olub. Missiya tarixdə Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top