Pakistan-Əfqanıstan sərhədində qarşıdurma - Saxlanılanlar var

Sadə xəbər
DÜNYA 07.06.2024 2379

Pakistanda Əfqanıstanla sərhəddə yerləşən “Çaman” nəzarət-buraxılış məntəqəsində sakinlərlə polis arasında qarşıdurma baş verib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, sərhəd qəsəbəsində keçirilən mitinqlərə görə nəqliyyatın hərəkəti dayandırılıb. Bildirilir ki, qarşıdurma zamanı 17 təhlükəsizlik işçisi yaralanıb. Polis "hökumət binalarına hücumlardan" sonra etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 

İnsidentdə 56 nəfər saxlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top