Dünyada rekord sayda milyonçu qeydə alınıb

DÜNYA 06.06.2024 3015

2023-cü ildə birjalardakı yüksəliş dünyanın ən varlı adamlarının sərvətini artırıb.  

"Saat24.az" "World Wealth Report"a  istinadən xəbər verir ki, bunun fonunda dünyada milyonerlərin sayında ötən illərə nisbətən artım müşahidə olunub. 

"Keçən il birjalardakı artım dünyanın ən zəngin insanlarının sərvətini artırdı və dollar milyonçular klubuna daha çox üzv əlavə etdi", -  nəşr yazıb. 

"Capgemini" konsaltinq şirkətinin araşdırmasına görə, dünya üzrə ən azı 1 milyon ABŞ dolları investisiya edilə bilən aktivləri olan insanların sayı keçən il 5,1% artaraq 22,8 milyona çatıb.

Bu, 1997-ci ildə keçirilən ilk illik sorğudan bəri ən yüksək göstəricidir. Dünyanın ən varlı adamlarının ümumi sərvəti 4,7% artaraq rekord həddə - 86,8 trilyon ABŞ dollarına çatıb.

Qeyd edildiyi kimi, onların sərvətləri yüksələn birjalar fonunda artıb. 2022-ci ildə iqtisadi və siyasi qeyri-müəyyənlik səbəbindən dünyanın ən zəngin insanlarının sərvəti, eləcə də dünya üzrə milyonçuların sayı azalıb.

Bununla belə, 2023-cü il iqtisadi artım və əsas investisiya sektorlarının vəziyyətində yaxşılaşma gətirib ki, bu da zənginlərin sayının və onların sərvətinin artımına qayıtmağa imkan verib. 

Ən böyük artım Şimali Amerikada qeydə alınıb. “Güclü iqtisadiyyat, aşağı inflyasiya və sürətlə inkişaf edən birjalar sayəsində Şimali Amerikanın ən varlılarının sərvəti 7,2% artaraq 26,1 trilyon dollara, milyonçuların sayı isə 7,1% artaraq 7,431 milyona çatıb”, - araşdırmada qeyd olunub.

XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top