Sadə xəbər
Beyrutda bir nəfər ABŞ-nin Livandakı səfirliyinə atəş açıb.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, hücum edən şəxs Livan hərbçiləri tərəfindən saxlanılıb.
Atışma yerli vaxtla səhər saat 08:34 radələrində səfirliyin girişində qeydə alınıb.
ABŞ-nin Livandakı səfirliyinin əməkdaşları diplomatik agentliyin "X" sosial şəbəkəsindəki səhifəsində silahlı hücum zamanı xəsarət almadıqlarını bildiriblər. Faktla bağlı araşdırmalara başlanılıb.