İsrail Qəzza zolağı ilə Misir arasındakı sərhədi nəzarətə götürdü

DÜNYA 30.05.2024 2696

İsrail qüvvələri (IDF) Qəzza zolağı ilə Misirin bütün sərhədi boyunca Filadelfiya dəhlizi kimi tanınan ərazilərə nəzarəti ələ keçirib.

"Saat24.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, briqada generalı Daniel Həqari məlumat verib.

"Filadelfiya dəhlizi HƏMAS üçün həyat xətti rolunu oynayırdı, HƏMAS mütəmadi olaraq Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silah aparırdı”, - deyə İDF sözçüsü mətbuat brifinqində bildirib.

Həqarinin sözlərinə görə, Fələstin hərəkatı sərhəddən 10-40 metr aralıda istehkamlar tikib ki, İDF Misir ərazisinə zərbə endirmək qorxusundan onlara zərbə endirməsin.

"Hazırda qoşunlarımız Filadelfiya dəhlizi ərazisində 20-yə yaxın tunel aşkarlayıb. Biz bu tunelləri  zərərsizləşdirəcəyik”, - o əlavə edib.

XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top