Sadə xəbər
Mayın 20-də səlahiyyət müddəti başa çatan Ukrayna prezidenti Volodimir Zelenski hakimiyyətdə qalmaqla dövlət cinayəti törədib.
"Saat24.az" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.
"Ukraynada hakimiyyət böhranı var. Prezident Zelenskinin səlahiyyət müddəti başa çatıb. Ukrayna Konstitusiyasında deyilir ki, prezidentin səlahiyyətlərini seçkilərdən başqa uzatmaq mümkün deyil. Qalan hər şey dövlətə qarşı cinayətdir. Zelenskinin etdiyi də məhz budur”, - o, qeyd edib.