Norveç hökuməti rusiyalı turistlərin ölkəyə girişini məhdudlaşdıracaq

Sadə xəbər
DÜNYA 23.05.2024 2605
Norveç hökuməti turizm məqsədi ilə və "vacib olmayan səyahət” üçün səfər edən rusların ölkəyə girişini məhdudlaşdıracaq. Dəyişikliklər 29 may 2024-cü il tarixindən qüvvəyə minəcək.

"Saat24.az"  xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında bildirilir.

Qeyd olunur ki, Norveç 2022-ci ilin yazında Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsi ilə əlaqədar olaraq ruslar üçün vizaların verilməsi praktikasını məhdudlaşdırıb. Bundan sonra Rusiya vətəndaşları üçün turist vizası, bir qayda olaraq, verilmir.

İndi giriş şərtləri daha da məhdudlaşdırılacaq.

Ədliyyə və ictimai təhlükəsizlik naziri Emili Enger Mehl deyib: "Giriş qaydalarını sərtləşdirmək qərarı Norveçin Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzkar müharibəsinə qarşı mübarizədə müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək yanaşmasına uyğundur”.

Dəyişiklik nəzərdə tutur ki, məqsədi turizm və digər " vacib olmayan səyahətlər” olan rusiyalıların xarici sərhədi keçərkən ölkəyə girişinə icazə verilməyəcək.
Məhdudiyyət həm 2022-ci ilin yazında viza praktikasının sərtləşdirilməsindən əvvəl Norveç tərəfindən verilmiş vizası olan təcavüzkar ölkənin vətəndaşlarına, həm də Şengen zonasında digər ölkələr tərəfindən verilmiş vizalara şamil edilir.

Bəzi hallarda, məsələn, Norveçdə yaşayan yaxın qohumları (valideynlər, həyat yoldaşları, yerli tərəfdaşlar və uşaqlar) ziyarət etmək üçün istisnalar veriləcək. Bundan əlavə, Norveçdə və ya digər Şengen ölkələrində işləyən və ya təhsil alan Rusiya vətəndaşları ölkəyə buraxılacaq.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top