Ukrayna Rusiyaya zərbələr endirə bilərmi? - Blinkendən AÇIQLAMA

DÜNYA 23.05.2024 2366

Ukrayna Rusiya ərazisinin dərinliklərində zərbələr endirməli olub-olmadığına özü qərar verir. 

Saat24.az” xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət Departamentinin nümayəndəsi “Ukraynadan kənarda hücumlara dəstək verməyə gəlincə, biz bunu etmədik” deyib.

Bununla belə, o, ABŞ hakimiyyətinin Ukrayna tərəfindən Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olub-olmadığını izah etməkdən imtina edib.

"Ukrayna öz qərarlarını verməli olacaq"- deyə Blinken qeyd edib.

Sonda o, Ukraynanın ehtiyac duyduğu müdafiə ləvazimatlarını alacağına inandırıb.

Xatırladaq ki, bir qrup ABŞ konqresmeni ölkənin müdafiə naziri Lloyd Ostinə müraciət edərək, Ukrayna ordusunun Rusiya ərazisinə zərbələr endirmək üçün ötürülən Amerika silahlarından istifadə etməsinə icazə verilməsini istəyib.

Bundan əvvəl britaniyalı analitik ABŞ hərbçilərinin əmri ilə Ukrayna Silahlı Qüvvələri briqadalarının üsyanı barədə danışıb.

XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top