Aviasiya qəzalarında həlak olan dünya liderləri

DÜNYA 20.05.2024 4097

1936-cı ildə İsveçin o zamankı baş naziri Arvid Lindmandan tutmuş, 2024-cü ilin fevralında Çilinin keçmiş prezidenti Sebastian Pineraya qədər 20 dövlət başçısı və baş nazir təyyarə və ya helikopter qəzalarında həyatını itirib.

"Saat24.az" İran prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasından sonra indiyə qədər dünyada təyyarə və helikopter qəzalarında həyatını itirən liderlərin siyahısını təqdim edir:

1. 7 sentyabr 1940-cı ildə Paraqvay prezidenti marşal Xose Feliks Estiqarribia təyyarə qəzasında həlak olub.

2. 29 mart 1959-cu ildə Mərkəzi Afrika Respublikasının prezidenti və müstəqillik qəhrəmanı Barthelemey Boqanda təyyarəsi qəzasında həyatını itirib.

3. 14 may 1966-cı ildə İraq prezidenti general Əbdülsalam Arif helikopter qəzasında həlak olub. 

4. 27 aprel 1969-cu ildə Boliviya prezidenti general Rene Barrientos helikopterin Koçabamba şəhərində qəzaya uğraması nəticəsində dünyasını dəyişib. 

5. 24 may 1981-ci ildə Ekvador prezidenti Xayme Roldos Aqilera və müdafiə naziri general Marko Aurelio olduqları təyyarənin Peru sərhədi yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirib.

6. 1 avqust 1981-ci ildə Panama prezidenti Ömer Torrixos idarə etdiyi kiçik təyyarənin meşəyə çırpılması nəticəsində həlak olub.

7. 19 oktyabr 1986-cı ildə Mozambik prezidenti Samora Macel və bir neçə nazirin olduğu təyyarə Mozambik-Cənubi Afrika sərhədi yaxınlığında qəzaya uğrayıb. Qəzada Macel, bəzi nazirlər və Mozambik hökumətinin yüksək rütbəli məmurları da daxil olmaqla 33 nəfər həlak olub. Qəzadan sonra aparılan araşdırmalarda pilotun günahkar olduğu məlum olub.

8. 1988-ci il avqustun 17-də Pakistanın o zamankı prezidenti, general Zia'ul Haq, onun beş generalı və ABŞ səfiri Arnold Lewis Rapheli daşıyan C-130 tipli hərbi təyyarə paytaxt İslamabaddan təxminən 530 kilometr cənubda, Bəhavalpur yaxınlığında qəzaya uğrayıb. 

9. 6 aprel 1994-cü ildə Kiqali hava limanı yaxınlığında Burundi prezidenti Kipr Ntaryamira və Ruanda prezidenti Juvenal Habirimananın olduğu təyyarə atəşə tutulub. Prezident sarayının yerləşdiyi ərazidə qəzaya uğrayan təyyarədən sağ qalan olmayıb.

10. 26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovski və onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında qəzaya uyğrayıb. Qəzada Traykovski və onun müşavirləri də daxil olmaqla 8 nəfər həlak olub.

11. 10 aprel 2010-cu ildə Çexiyanın o vaxtki prezident Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfəri daşıyan "Tupolev 154" tipli təyyarə təxminən 22 min polyakın edam edildiyi Katın qırğınının anım mərasimində iştirak etmək üçün Rusiyanın Smolensk hava limanına gəlib. Təyyarə eniş edərkən meşə sahəsinə düşüb. Təyyarədə sağ qalan olmayıb.

12. 5 fevral 2024-cü ildə Çilinin keçmiş prezidenti Sebastian Pinera və onu müşayiət edən "Robinson R 66" adlı helikopter Los Rios bölgəsində havaya qalxdıqdan qısa müddət sonra güclü yağış və sıx duman səbəbindən Ranco gölünə düşüb. Keçmiş prezident Pinera təhlükəsizlik kəmərini aça bilmədiyi üçün həlak olub.

13. 19 may 2024-cü ildə helikopterin göyərtəsində olan İranın prezidenti İbrahim Rəisi ilə bərabər Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri həlak olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top