Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

HADİSƏ 16.05.2024 3310

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.

Bu barədə "Saat24.az"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top