Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO

Sadə xəbər
DÜNYA 13.05.2024 3245

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

"Saat24.az" xəbər verir ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.

Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top