Daşaltıda seysmoloji stansiya qurulur

Manşet
CƏMİYYƏT 13.05.2024 2426

“Qarabağda seysmoloji stansiyaların qurulması istiqamətində iş aparılır. Artıq Şuşa şəhərinin yaxınlığındakı Daşaltı kəndinin ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Düşünürəm ki, bir aydan sonra işləri tamamlayıb Qarabağda birinci seysmoloji mərkəzi istifadəyə verə biləcəyik”.

"Saat24.az" xəbər verir ki, bunu “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib.

“Birinci seysmoloji stansiyadan sonra Qarabağın bütün ərazisində yeni seysmoloji mərkəzlərin qurulması işlərinə başlayacağıq. Bu da Qafqazda seysmik vəziyyətin daha dərindən öyrənilməsinə töhfə verəcək”, - deyə o bildirib

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top