Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

DÜNYA 09.05.2024 2703

Ukrayna Ali Radası məhbusların könüllü səfərbər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

"Saat24.az" xəbər verir ki, qanun layihəsinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş və pedofil şəxslərlə yanaşı, milli təhlükəsizliyin əsaslarına qarşı cinayətlər törətmiş korrupsionerlər, habelə xüsusi məsul vəzifə tutmuş şəxslər – xüsusən də deputatlar və nazirlər Ukrayna silahlı qüvvələrinin sıralarına daxil ola bilməzlər.

Yalnız ağır cinayət törətməmiş məhbuslar könüllü olaraq səfərbərliyə cəlb olunacaqlar.

Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin rəhbəri Yelena Şulyak bildirib ki, qəbul edilmiş qanuna əsasən, məhkumlar Ukrayna silahlı qüvvələrinin sıralarına yalnız öz istəkləri ilə və məhkəmənin qərarı ilə daxil ola bilərlər.

XƏBƏR LENTİ
17.06.2024 2875

DİGƏR XƏBƏRLƏR

Loading
Top