Rusiya şəkər ixracını dayandırdı

DÜNYA 04.05.2024 4057
Rusiya hökuməti şəkər ixracını müvəqqəti dayandırıb.

"Saat24.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Telegram" kanalında məlumat verilib.

Hökumət bu qərarı daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığını bildirib.

Məhdudiyyət bu il avqustun 31-dək qüvvədədir.

Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək:

Ermənistan 28 min ton;

Belarus 5 min ton;

Qazaxıstan 120 min ton;

Qırğızıstan 28,5 min ton.

Xatırladaq ki, aprel ayında Rusiya hökuməti 2024-cü ildə taxıl ixracı üçün 5 milyon ton həcmində əlavə tarif kvotasını təsdiqləyib. Bu qərar iyunun 30-dək qüvvədəolacaq.
 
XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top