"ABŞ hegemon statusunu itirib" - Borrel

Sadə xəbər
DÜNYA 04.05.2024 3132

ABŞ hegemon statusunu itirib.

"Saat24.az" xəbər verir ki, bu fikri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Böyük Britaniyada çıxış edərkən bildirib.

“Amerika hegemon statusunu itirdi və 1945-ci ildən sonra yaranmış dünya nizamı öz mövqelərini itirir”, - Borrel deyib.

O qeyd edib ki, Soyuq müharibə dövründən sonra yaranan beynəlxalq sistem indi praktiki olaraq mövcudluğunu dayandırıb.

"Biz həmçinin Çinin yüksəlişini və fövqəldövlətə çevrildiyini görürük”, - deyə siyasətçi söyləyib.

Onun qiymətləndirməsinə görə, bu vəziyyət “çox da xoşagələn mənzərə deyil” və Avropanın tezliklə məhv ola biləcəyini göstərir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top