Sadə xəbər
Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlər yolu bağlayıblar.
"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, çox sayda polis Kirantsaya (Xeyrimli) cəlb olunub.
"31 nəfər saxlanılaraq polis bölməsinə aparılıb", - məlumatda deyilir.