
Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çöküb.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, magistral çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb.
Bildirilir ki, hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 19 nəfərin meyitini çıxarıblar, daha 31 nəfər isə sağ çıxarılıb. .
Dağıntıların təmizlənməsi davam edir.