Azərbaycanda ata və iki oğlu BIÇAQLANDI

Kriminal 27.04.2024 1281

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. 

"Saat24.az"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib.

Daşınmaz əmlakın satışı ilə məşğul olan makler Canpolad Qarayev, oğlanları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib.

Ata, oğlanları və münaqişə iştirakçısı olan dördüncü şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən şəxs qaçmağa çalışsa da, o, Gəncə şossesi istiqamətində müəyyən olaraq həkim briqadasına təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, 4 nəfərin xəsarət alması ilə nəticələnən mübahisə ilə bağlı polisə məlumat daxil olub. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top