SEPAH zabitləri Suriyanı tərk edirlər - SƏBƏB

DÜNYA 18.04.2024 3122

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı İsrailin hücumu təhlükəsi ilə əlaqədar bəzi zabitlərini Suriyadan çıxarır.

"Saat24.az" xəbər verir ki,  bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 

"Tehran həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) geniş yerləşdiyi Suriyadakı obyektlərdən şəxsi heyəti təxliyə etməyə başlayıb",- İran rəsmiləri nəşrə deyiblər.

Qəzetin yazdığına görə, orta rütbəli zabitlər Suriyada qalacaqlar, lakin təhlükəsizlik baxımından yenidən yerləşdiriləcəklər.

Suriya təhlükəsizlik rəsmiləri də bildiriblər ki, SEPAH və Livanın "Hizbullah" qruplaşması Suriyadakı yüksək rütbəli zabitlərinin sayını azaldıb.

Bundan əvvəl İsrail hökumətinin yaxın gələcəkdə cavab qərarı verəcəyi bildirilmişdi, lakin mediaya sızan məlumata görə, Vaşinqton Təl-Əvivi İran ərazisinə hücumdan çəkinməyə inandırıb.

XƏBƏR LENTİ
18.05.2024 3216

DİGƏR XƏBƏRLƏR

Loading
Top