Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

DÜNYA 16.04.2024 3021
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Saat24.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Yaponiyanın XİN başçısı İranın İsrailə birbaşa hücumundan və bu hərəkətlərin Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olacağından ciddi narahatlığını bildirib. O qeyd edib ki, mövcud vəziyyət beynəlxalq ictimaiyyətin, o cümlədən Yaponiyanın maraqlarına cavab vermir.

Yaponiyalı nazir rəsmi Tehranı İran xalqını nəzərə almağa, təmkin nümayiş etdirməyə və gərginliyin daha da artmasının qarşısını almağa çağırıb.

Bildirilib ki, iki ölkənin Xarici İşlər nazirliklərinin rəhbərləri Yaponiya və İran arasında sıx təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
 
XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top