Meymun sürüsü turistə hücum edərək onu təhlükəli virusa yoluxdurdu

Sadə xəbər
DÜNYA 09.04.2024 2881

Honq-Konqun "Kam Şan" parkında turist meymun sürüsü tərəfindən hücuma məruz qalıb.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 37 yaşlı kişi təhlükəli virusa yoluxub. Özünü narahat hiss edən kişi yüksək hərarətlə  xəstəxanaya müraciət edib. Məlum olub ki,  meymunların hücumu zamanı  kişiyə virus keçib.

O, dərhal reanimasiya yerləşdirilib. Tibb mərkəzində turistdə beyin ödemi yaranıb, vəziyyəti kritik qiymətləndirilir. Testlərdən sonra həkimlər meymunun kişini herpes B virusu və ya simian herpesinə yoluxdura biləcəyini müəyyən ediblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top