Tunc dövrünə aidə kənddə 2850 il yaşı olan şam yeməyinin qalıqları tapıldı

DÜNYA 26.03.2024 2295
Arxeoloqlar 2850 il əvvələ - Tunc dövrünə aid bir kənddə qədim şam yeməyinin qalıqlarını tapıblar.

"Saat24.az" CNN-ə istinadən xəbər verir ki, kənd müasir Böyük Britaniya ərazisində yerləşir.

Mast Farm İngiltərənin şərqində bir çayın kənarında yerləşən inkişaf edən Tunc dövrü kəndi olub. Lakin 2850 il əvvəl, sakinləri onu qurduqdan cəmi 9 ay sonra yanıb.

Mütəxəssislərin "Britaniyanın Pompeyi" adlandırdığı kənddə tunc dövrü insanları haqqında nadir məlumatlar yer alıb. Geniş qazıntılar zamanı olduqca yaxşı qorunmuş həyat parçaları, o cümlədən yarımçıq sıyıq qabında atılmış qaşıq, həmçinin taxta vedrələr və saxsı qablar kimi digər artefaktlar aşkar edilib.//Qaynarinfo
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top