Dünən 23 kiloqrama yaxın narkotik vasitə müsadirə edilib

HADİSƏ 25.03.2024 2908

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətindən "Saat24.az"a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub.
  
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top