"Gucci" satışları Çində kəskin azaldı, "Kering" 8 milyard dollar itirdi

Sadə xəbər
DÜNYA 21.03.2024 2052
Fransız lüks qrupu "Kering"in flaqman "Gucci" brendinin satışları birinci rübdə çinli alıcılar arasında zəif tələbat səbəbindən təxminən 20% azalıb.

"Saat24.az" ticarət məlumatlarına istinadən xəbər verir ki, bu səsəbdən şirkətin səhmləri 17% azalaraq, 361,5 avroya düşüb.

Bakı vaxtı ilə saat 17.00-a olan məlumata görə, qiymətli kağızlar 367,8 avroya qədər enişini bir qədər bərpa edib. Yalnız bir ticarət günündə "Kering"in bazar dəyəri 7,2 milyard avrodan (7,9 milyard dollar) çox azalıb ki, bu da 1992-ci ildən bəri ən böyük gün enişdir.

"Kering"in baş direktoru Fransua-Henri Pinault "Gucci"nin gəlirindəki kəskin azalmanı Asiya-Sakit Okean regionunda gözləniləndən daha dərin satış azalması ilə əlaqələndirib. Moda evi bir neçə rübdür ki, qazancının təxminən 2/3-ni təşkil edən italyan brendini canlandırmaq üçün uğursuz cəhdlər edir. "

"Yves Saint Laurent" və "Balenciaga"nın sahibi olan "Kering"də ümumi satışların birinci rübdə təxminən 10% azalacağı proqnozlaşdırılır. Bu, xüsusilə də daşınmaz əmlak böhranı və məşğulluq problemləri səbəbindən istehlakçıların dəbdəbəli mallara xərclərini azaltdığı Çində lüks mallar bazarının soyuması ilə baş verir.

Keçən il təyin olunmuş yeni "Gucci" dizayneri Sabato De Sarno sələfi Alessandro Mişelin parlaq görünüşü ilə müqayisədə daha parlaq, daha minimalist estetika ilə ilk kolleksiyasını sentyabr ayında təqdim edib. Lakin onun işləri mağazalara yalnız fevral ayında gəlib və "Kering"ə görə yeni "Ancora" kolleksiyasının ilk əşyaları müştərilər tərəfindən müsbət qarşılanıb.
 
XƏBƏR LENTİ
11.10.2024 3677

DİGƏR XƏBƏRLƏR

Loading
Top