Çinlilər “Infiniti” krossoverinin klonunu buraxdılar

DÜNYA 20.03.2024 2334
Çində yeni GAC GS4 Max krossoverinin premyerası keçirilib. 

"Saat24.az"  xəbər  verir ki, bu barədə Carnewschina.com yazıb. Avtomobilin qiyməti 100 min yuandır (indiki məzənnə ilə 23,620 azn).

GAC GS4 Max-ın uzunluğu 4685 mm, təkər bazası 2750 mm-dir. Əvvəlki nəsil avtomobillə müqayisədə yeni məhsulun dizaynı dəyişib, xüsusən krossover yeni böyüdülmüş radiator barmaqlığı, böyük hava girişləri, gizli qapı tutacaqları və arxa spoyler alıb. Ümumiyyətlə, avtomobil Yapon brendi olan "Infiniti” krossoverlərinə bənzəyir.

Avtomobildə 14,6 düymlük mərkəzi sensor ekran, qızdırılan oturacaqlar, ön, yan, pərdə və arxa yan təhlükəsizlik yastıqları daxil olmaqla səkkiz təhlükəsizlik yastığı var.

Avtomobil 177 at gücü hasil edən 1,5 litrlik turbomühərrik və yeddi pilləli iki muftalı avtomatik transmissiya ilə təchiz olunub. Belə bir güc qurğusu ilə orta yanacaq sərfi 100 km-ə 6,8 litrdir. 

Bundan əvvəl Chery-nin hipertansif xəstələr üçün Exeed Exlantix ET krossoverini buraxdığı məlum olub. Avtomobil sərnişinlərin ürək döyüntüsünü, qan təzyiqini və digər göstəriciləri real vaxt rejimində izləyə bilən unikal sağlamlıq monitorinq sisteminə malikdir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top