Macarıstan milli azlıqlarla bağlı Ukraynaya qarşı iddia qaldırdı

DÜNYA 16.03.2024 2892
Macarıstan Avropa İttifaqı ölkələrinə macar milli azlığının müdafiəsi ilə bağlı Ukraynaya iddialar irəli sürdüyü sənəd göndərib.

"Saat24.az" xəbər verir ki, Budapeşt milli azlıqların hüquqlarının 2015-ci ildən əvvəl mövcud olan səviyyəyə qaytarılmasını tələb edir. Bu məsələ Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar prosesində əsas məsələlərdən biridir. Beləliklə, iki əsas tələb var:

- macar dilindən sərbəst istifadəni təmin edən hüquqları bərpa etmək;

- regional və milli səviyyədə siyasi təmsilçilik hüququnu bərpa etmək.

Sənəddə qeyd olunur ki, Ukrayna macar icmasının Ukrayna dilində tədris edilməli olan məktəb fənlərinin müəyyən edilməsində tələblərinə məhəl qoymayıb.

Macarıstan da inzibati rayonların sərhədlərinin dəyişdirilməsindən sonra əhalinin nisbətindəki dəyişikliklərdən narazıdır.

Məktubda deyilir: "Milli azlıqların dil hüquqlarını tələb edə bilməsi üçün yerli əhali arasında əldə etməli olduğu məcburi 10%-lik nisbət milli azlıqlara münasibətdə özünü doğrultmur”.

Yada salaq ki, dekabrın əvvəlində Ukrayna Ali Radası müəyyən ərazilərdə milli azlıqların hüquqları haqqında qanun qəbul edib. Bildirilib ki, onun üzərində iş aparılarkən Macarıstanın israrlı olduğu mövqelər nəzərə alınıb.

Bildiyiniz kimi, Macarıstan Ukraynanın Avropaya inteqrasiyasına qarşıdır. Baş nazir Viktor Orban Ukraynanı "dünyanın ən korrupsiyalaşmış ölkələrdən biri” adlandırıb.

Keçən ilin sonunda Transkarpatiyanın macar icmalarının nümayəndələri ona müraciət imzalayaraq, Orbanı Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyə çağırıblar.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top