Ukraynadan Gürcüstana güzgülü cavab: "Münasibətləri normallaşdırmaq istəyirsinizsə..."

DÜNYA 12.03.2024 2231
Ukrayna Ali Radasında "Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya Gürcüstan hakimiyyətinin hazırda Ukrayna hökumətində çalışan Mixail Saakaşvilinin dövründəki məmurların ona təhvil verilməsi tələbini rədd edib.

"Saat24.az" xəbər verir ki, bu barədə Araxamiya Telegram kanalında yazıb.

"Gürcüstanın Kremlyönlü hökuməti "münasibətləri normallaşdırmaq” üçün vətəndaşlarımızın ekstradisiyası ilə bağlı bəzi tələblər irəli sürür”, - deyə Araxamiya qeyd edib.

O əlavə edib ki, əsl "normallaşma” üçün Gürcüstan Ukrayna vətəndaşı Mixail Saakaşvilini həbsdən azad etməli və onu geri qaytarmalıdır; Rusiya Federasiyası ilə birbaşa uçuşları və Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyi dayandırmalıdır.

"O zaman münasibətlərin normallaşması asanlıqla baş verəcək”, - deyə "Xalqın xidmətçisi” fraksiyasının rəhbəri yekunlaşdırıb.

Xatırladaq ki, dünən Gürcüstan hökuməti "münasibətləri normallaşdırmaq” üçün Ukraynanın Saakaşvilinin "administrasiyasında yüksək vəzifələr tutmuş cinayətkarları” Gürcüstana təhvil verməli olduğunu bildirib.
XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top