Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək

Sadə xəbər
DÜNYA 04.03.2024 2667

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək. 

"Saat24.az" "Haber Global"a istinadən xəbər verir ki, iclas Beştəpədə baş tutacaq. 

İclasda terrorla mübarizə çərçivəsində həm daxili, həm sərhəd, həm də sərhədyanı əməliyyatlar, inflyasiya və qiymət artımı ilə mübarizə istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin Türkiyənin İsrailin Qəzzaya hücumlarını dayandırması və qalıcı atəşkəsin yaradılması diplomatiyası da gündəmdədir. 

ABŞ-nin F-16-ların alınması və modernləşdirilməsi üçün göndərdiyi qəbul məktubu ilə əlaqədar Nazirlər Kabineti texniki proseslərlə bağlı qiymətləndirmə aparacaq.

XƏBƏR LENTİ
07.10.2024 2032

DİGƏR XƏBƏRLƏR

Loading
Top