Sadə xəbər
İranda bir nəfərin İsrail kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərməkdə ittiham edilərək edam edildiyi bildirilib.
"Saat24.az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilir ki 28 yanvar 2023-cü ildə İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən saxlanılan şəxs edam edilib.
Mossad adından fəaliyyət göstərdiyi iddia edilən sözügedən şəxsin kimliyi ilə bağlı heç bir təfərrüat verilməyib.
Bununla da, eyni ittihamla edam cəzasına məhkum edilənlərin sayı 4 nəfərə çatıb.